FRANSIZ DİLİ ƏLİFBASI

Fransız dilində 26 hərf var.Bunlar aşağdakılardır:

Aa,Bb,Cc,Dd,Ee,Ff,Gg,Hh,İi,Jj,Kk,Ll,Mm,Nn,Oo,Pp,Qq,Rr,Ss,Tt,Uu,Vv,Ww,Xx,Yy,Zz.



Müasir fransız dilində 26 hərf, 35 səs vardır. Onlardan on beşi sait, iyirmisi isə samit səsdir. Fransız dili səslərinin azərbaycan dilinin müvafiq səslərindən başlıca fərqi ondadır ki, fransız səsləri daha aydın və gərgin tələffüz edilir, sözlərin sonunda belə samit səslər karlaşmır. Fransız dilində vurğu ayrıca götürülmüş sözün son hecasına, ritmik qruplarda isə ritmik qrupun sonuna düşür.

ARTİKLLAR


ARTİKLLAR

Fransız dilində artiklların aşağıdakı növləri var: 1) Qeyri - müəyyən artikl,2) Müəyyən artikl,3) Birləşmiş artikl,4) Hissə bildirən artikl.
Artikl köməkçi sözdür.Artikl isimin qarşısında işlədilərək onun cinsini,kəmiyyətini,müəyyənliyini bildirir.Artikl azərbaycan dilinə ayrılıqda tərcümə olunmur,lakin çox vaxt o,tərcümənin ümumi üslubuna təsir edir.







QEYRİ - MÜƏYYƏN ARTİKL

Qeyri - müəyyən artiklların aşağıdakı formaları var: 
1) UN - bu artikl tək halda olan kişi cinsli isimlərin qarşısında işlənir.Məsələn: un livre - kitab,un cahier - dəftər.
2) UNE - bu artikl tək halda olan qadın cinsli isimlərin qarşısında işlənir.Məsələn: une carte - xəritə,une maison - ev.
3) DES - bu artikl cəm halda olan həm kişi,həm də qadın cinsli isimlərin qarşısında işlənir.Məsələn: des livres - kitablar,des cartes - xəritələr.
Qeyri - müəyyən artikl əşyanın  onunla həmcins olan əşyalardan biri kimi düşünüldüyünü göstərir.Qeyri - müəyyən artiklla işlədilmiş isim Azərbaycan dilinə aşağıdakı yollarla tərcümə oluna bilər: 1) Qeyri - müəyyən artikllın tək forması Azərbaycan dilinə əksər hallarda,qeyri - müəyyənlik bildirən " bir " sözü ilə tərcümə olunur.2) Qeyri - müəyyən artiklla işlədilən isim cümlənin vasitəsiz tamamlığı olduqda,Azərbaycan dilinə tərcümə zamanı,həmin isim təsirlik hal şəkilçisi qəbul etmir.3) Qeyri - müəyyən artiklla işlədilmiş isim Azərbaycan dilinə tərcümə olunarkən bilavasitə xəbərdən əvvəl yerləşir.4) Cəmdə qeyri - müəyyən artiklla işlədilmiş isim Azərbaycan dilinə tərcümə olunduqda bəzən cəm şəkilçisi qəbul etmir.










MÜƏYYƏN ARTİKL

Müəyyən artiklların aşağıdakı formaları var:
1) LE - bu artikl tək halda olan,samitlə başlayan kişi cinsli isimlərin qarşısında işlənir.Məsələn: le crayon - dəftər, le stylo - avtoqələm.
2) LA - bu artikl tək halda olan, samitlə başlayan qadın cinsli isimlərin qarşısında işlənir.Məsələn: la tristesse - kədər,la table - stol.
3) L ' - bu artikl tək halda olan,sait və " h " hərfi ilə başlayan həm kişi,həm qadın cinsli isimlərin qarşısında işlənir.Məsələn: l'école - məktəb,l'arbre - ağac.
4) LES - bu artikl cəm halda olan həm kişi,həm də qadın cinsli isimlərin qarşısında işlənir.Məsələn: les crayons - karandaşlar,les tables - stollar.
Müəyyən artikl ismin həm danışan,həm dinləyən üçün müəyyən olduğunu bildirir.Müəyyən artikla aşağıdakı hallarda rast gəlmək olar:
1) Sayılan isimlərdən əvvəl işlədilir,əşyanın danışan tərəfindən müəyyən bir əşya kimi düşünüldüyünü göstərir.
2) Sayılmayan isimlərdən əvvəl işlədilir,əşyanın və abstrakt məfhumun ən ümumi,geniş mənada düşünüldüyünü göstərir.
3) " la lune " - ay, " le soleil " - günəş və bu kimi tək olan isimlər,adətən,müəyyən artiklla işlədilir.
     Müəyyən artiklla işlədilmiş isim Azərbaycan dilinə bir çox yollarla tərcümə olunur:
1) Cümlədə müəyyən artiklla işlədilmiş isim vasitəsiz tamamlıq olduqda,tərcümə zamanı həmin isim təsirli halın şəkilçisini qəbul edir.
2) Müəyyən artiklla işlədilmiş isim təyin olduqda,Azərbaycan dilinə təyin etdiyi isimlə birlikdə III növ təyini söz birləşməsi kimi tərcümə edilir.
3) Fransız dilində,bəzi hallarda,artikl vasitəsi ilə ifadə olunmuş müəyyənlik Azərbaycan dilinə isimin mümkün qədər xəbərdən uzaq yerləşməsi ilə bildirilir.
4) Bir çox hallarda isə fransız dilində artiklla bildirilən müəyyənlik Azərbaycan dilində yalnız geniş mətn vasitəsi ilə ifadə olnur.


BİRLƏŞMİŞ ARTİKL

Müəyyən artiklın " de " sözönü ilə biləşməsi:Müəyyən artiklın formaıarından olan " le " artiklı və "les", " de " sözönündən sonra işlədilərkən onunla birləşir və aşağıdakı formaları əmələ gətirir.

 
de + les = des
de + le = du

Məsələn: la table du professeur - müəllimin stolu,les cahiers des élèves - şagirdlərin dəftərləri.
Müəyyən artiklın " à " sözönü ilə birləşməsi: Müəyyən artiklın formaıarından olan " le " artiklı və "les", " à " sözönüdən sonra işlədilərkən onunla birləşib aşağıdakı formaları əmələ gətirir. 

à + le = au 
à + les = aux


Məsələn:Je parle au professeur - Mən müəllimlə danışıram,je parle aux étudiants - mən tələbələrlə danışıram.


HİSSƏ BİLDİRƏN ARTİKL

Hissə bildirən artiklın aşağıdakı formaları var:
1) DU - bu artikl tək halda olan sayılmayan kişi cinsli isimlərin qarşısında işlədilir.Məsələn:Sur la table il ya du pain- stolun üstündə çörək var.
2) DE LA - bu artikl tək halda olan sayılmayan qadın cinsli isimlərin qarşısında işlədilir.Məsələn: İl demande de la viande - O,ət istəyir.
3) DE L' - bu artikl tək halda olan,sait  və " h " hərfi ilə başlayan sayılmayan həm kişi,həm də qadın cinsli isimlərin qarşısında işlədilir.Məsələn:Donnez - lui de l'eau! - Ona su verin!.
Hissə bildirən artiklın cəm forması yoxdur.Hissə bildirən artikl maddə bildirən isimlərdən və mücərrəd adlardan əvvəl yerləşərək həmin isimlərin qeyri -  müəyyənliyini bildirən köməkçi sözdür.Məsələn:İl achéte de la viande - O,ət alır,il a du courage - o,cəsarətlidir.
Hissə bildirən artikl yalnız sayılmayan isimlərin qarşısında işlədilir.Hissə bildirən artikl sayıla bilən isimlərdən əvvəl işlədildikdə,həmin isimlərin mənasını dəyişir, və onları sayılmayan isimə çevirir.Məsələn: le mouton - qoyun,du mouton - qoyun əti,




İSİM - ( NOM )

ÜMUMİ MƏLUMAT

İsim öz mənasına görə əşyalıq bildirir.Əşyalıq adı altında yalnız maddi varlıqları, deyil,eyni zamanda müxtəlif mücərrəd məfhumları da anlamaq lazımdır.Fransız dilində isimlər aşağıdakı qrammatik kateqoriyalarla səciyyələnir:

1) Cins kateqoriyası: Fransız dilində isimlərin iki cinsi var: Kişi cinsi ( masculin ) və Qadın cinsi ( féminin ).
2) Kəmiyyət kateqoriyası: Fransız dilindəki isimlər təkdə ( singulier ) və cəmdə ( pluriel ) işlədilə bilər.